Son Xəbərlər:
2018-ci il aprelin 5-də Quba rayonunda Quba rayon İdman və Gənclər idarəsinin dəstəyi və təşkilatçılığı ilə Şahin hərbi idman oyunları keçirilmişdir

2018-ci il aprelin 5-də Quba rayonunda Quba rayon İdman və Gənclər idarəsinin dəstəyi və təşkilatçılığı ilə Şahin hərbi idman oyunları keçirilmişdir

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Quba rayon filialının sədri  Yusif Nöhbalayev, sədr müavini Rəşid Əmirov və digər müharibə veteranları iştitak edirdilər.

İştirakçılar ‎əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək məzarlar üzərinə qərənfil dəstələri düzdülər. ‎Sonra isə tədbirin rəsmi hissəsi başlandı.

‎Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycanın Dövlət Himni səsləndirildi. ‎Dövlət bayraqımız meydana gətirildikdən sonra çıxışlar başladı.

‎Çıxış edənlər bugünkü gənc şahinlərin gələcəkdə general, zabit və ya pilot ola biləcəyini qeyd etdilər.

‎Tədbirin aprel döyüşlərinin ildönümünə təsadüf etməsi rəmzi məna daşıyırdı.

Daha sonra məktəblilərin ifasında hərbi marş və mahnılar səsləndirildi.

‎Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları və digər təşkilatların nümayəndələri də iştirak edirdilər.

‎Qeyd edək ki, Şahin hərbi idman oyunları ənənəvi olaraq hər il keçirilir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок