Son Xəbərlər:
20 Yanvar şəhidi İlham Allahverdiyev Əjdər oğlunun oxuduğu 54 saylı orta məktəbdə  xatirəsinə həsr olunmuş tədbir keçirilib

20 Yanvar şəhidi İlham Allahverdiyev Əjdər oğlunun oxuduğu 54 saylı orta məktəbdə xatirəsinə həsr olunmuş tədbir keçirilib

“20 Yanvar”  İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti  yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsinin ilk tədbiri keçirilib.

“Bakı, Qusar və Neftçala  şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində  20 Yanvar şəhidi olan İlham Allahverdiyev Əjdər oğlunun oxuduğu 54 saylı tam orta məktəbdə  xatirəsinə həsr olunmuş şagirdlərlə görüş  keçirilib. Tədbirdə 20 Yanvar İB-nin işçi heyyəti,  layihə  rəhbəri Sultan Əzimzadə, ekspert Mustafa Əliyev, pr.menedcer Qahirə Məmmədova, Sosial İqtisadi Araşdırmalar İB-nin sədr muavini Fərqanə Əliyeva, şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyiev, hərbi jurnalist, ehtiyatda olan mayor Şəmistan Əlizamanlı, Qazilər.az saytının rəhbəri və  Qarabağ əlili Rey Kərimoğlu, şəhidin iş yoldaşı Asif  İbrahimxəlilov, “20 Yanvar” İB-nin  Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, “20 Yanvar” İB-nin  idarə heyətinin üzvü, Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sultan Əzimzadə bildirdi ki, cəmiyyətimizdə yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması, vətən uğrunda canından keçmiş vətən oğullarımızın həyat və qəhrəmanlıq səlnamələrinin təbliği vacib məsələlərdən biridir. Çünki yeniyetmə  və gənclər bu ölkənin gələcəyidir. Düzdür, gənclərimizdə vətənpərvərlik hissləri yetərincədir, lakin bu yönümdə davamlı olaraq  təbliğat və maarifləndirmə işləri görülməlidir. Qəhrəmalıq tariximiz gənc  nəslin yaddaşına  həkk olunmalıdır ki, vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi daimyaşar olsun. Tədbirdə hərbi jurnalist Şəmistan Əlizamanlı, Elxan Allahverdiyev, şəhidin iş yoldaşı Elxan İbrahimxəlilov və başqaları çıxış edərək fikirlərini yeniyetmə və gənclərlə bölüşmüşlər.

Məktəbin şagirdlərinin ifasında musiqi proqramları nümayiş etdirildi. Sonda  Şəmistan Əlizamanlı ifasında hərbi yönümlü mahnılarla tədbir sona çatmışdır.

Layihə  çərçivəsində keçirilən tədbirlər oktyabrın onunadək davam edəcək.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок