Son Xəbərlər:
20 Yanvar hadisələri haqqında video-təqdimat

20 Yanvar hadisələri haqqında video-təqdimat

Hər il təqvimin 20 yanvar günü hər bir Vətən övladının qəlbində ağrı-acı ilə yanaşı dərin vətəndaşlıq qüruru da baş qaldırır. Həmin müdhiş gecə Azərbaycan xalqının taleyi, dövlətçiliyimizin qorunub saxlanılması və inkişafı üçün həlledici sınaq günü idi. Şükürlər olsun ki, xalqımız bu sınaqdan mərdliklə, üzüağ çıxmağa nail oldu.

Lakin itkilərimiz də az olmamışdır. Unutmamalıyıq ki, Aəzrbaycanın bu günkü müstəqilliyi, azadlığı üçün canını, sağlamlığını qurban vermiş oğul və qızlarımız var. Onların sayəsində vətənimiz azadlığına qovuşmuşdur.

Torpaqlarımız uğrunda mübarizədə əlil olmuş neçə-neçə soydaşımız var, onların problemlərinə biganə qalmamalıyıq. Şəhid olmuş övladının, həyat yoldaşının, atasının məzarı başında ağlayan neçə-neçə analarımız, bacılarımız, qardaşlarımız var, onlara etinasız qalmamalıyıq.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi adından sözümüz sizədir, əziz həmvətənlər! Gəlin Vətənin ağır günlərində öz müqəddəs borcunu yerinə yetirərkən əlil olmuş insanlara, şəhid ailələrinə əlimizdən gələn mənəvi və maddi köməkliyi əsirgəməyək! Unutmayaq ki, Vətənimiz onun uğrunda ölənlərin, qanını verənlərin sayəsində azaddır!

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок