Son Xəbərlər:
1 oktyabr – Beynəlxalq ahıllar günü Biləsuvarda qeyd olundu

1 oktyabr – Beynəlxalq ahıllar günü Biləsuvarda qeyd olundu

Biləsuvar rayonundakı “Veteranlar” klubunda 1 oktyabr – Beynəlxalq ahıllar günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının üzvləri və rayon ağsaqqalları iştirak edirdilər.

vetennamine.az saytı xəbər verir ki, tədbirdə çıxış edən Ləman Yüzbaşova ahılları bu əlamətdar gün münasibətilə təbrik edib ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışdı. O, bildirdi ki, respublikamızda ahıllara göstərilən dövlət qayğısı ildən-ilə artır. Ləman xanım Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, 2001-ci il iyunun 22-də “Ahıllara Sosial Xidmət Haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladığını vurğulayıb: “Həmin Qanuna əsasən ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Bu gün də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara, 2006-cı il 17 aprel tarixli sərəncamla təsdiqlənmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na, habelə bir sıra başqa dövlət proqramlarına uyğun olaraq,  ahılların sosial müdafiəsi sahsində mühüm işlər görülür”.

L.Yüzbaşova bildirdi ki, rayonumuzda da hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.  Bu günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək onlara imkan daxilində müəyyən köməkliklər göstərməkdir.

Tədbirdə çıxış edən Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, Əlil Qadınlar cəmiyyəti Biləsuvar rayon şöbəsinin sədri Firəngiz Həbibova, şəhər 1 saylı uşaq bağçasının müdiri Lətafət Quliyeva, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Miriyev, rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları şurasının sədri Hacı Məhərrəməli Kazımlı Azərbaycanın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng ölkələri ilə bir sırada addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhətinin gənclərə həmişə lazım olacağını qeyd edərək bundan sonra da yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyə olunmaları üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок