Son Xəbərlər:
‎Quba rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir

‎Quba rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir

Tədbirdə Quba rayon İcra Hakimiyətinin başçısı, bir qrup Qarabağ müharibəsi əlili, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Quba rayon İcra Hakimiyyətinin başçısı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi və digər qonaqlar çıxış etdilər. ‎Çıxış edənlər dövlətimizin və prezidentimizin orduya göstərdiyi qayqıdan və ordu quruculuğundan danışdılar. ‎Musiqi kollektivlərinin iştiraki ilə konsert təşkil olundu. ‎Hərbi xidmətə yola salınan gənclər və onların valideynləri musiqi sədaları altında rəqs etdilər.

Sonda hərbi xidmətə yola salınan gənclər Azərbaycan bayraqını öpərək altından keçdilər və dövlətə sadiq olduqlarını bəyan etdilər. ‎

‎Tədbir çox böyük ruh yüksəkliyi ilə başa çatdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок