Son Xəbərlər:
“Ərənlər at belinə! – region gəncləri arasında çövkən-at yarışlarının təşkili”  layihəsi start götürdü

“Ərənlər at belinə! – region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsi start götürdü

“Ərənlər at belinə! – region gəncləri arasında çövkən-at yarışlarının təşkili”  layihəsinin açılış mərasimi keçirilib.

Vetennamine.az saytına verilən xəbərə görə “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ərənlər at belinə! – region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsini həyata keçirir.

Samux rayon Heydər Əliyev Mərkəzində layihənin açılış mərasimi keçirilib. Tədbirdə Samux rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi Rasim İmamquliyev, Samux rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Qurbanov, Samux rayon Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Süleyman Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin nümayəndəsi Rüstəm Xudiyev və yeniyetmələr iştirak edirdilər.

Tədbirdə layihə haqqında məlumat verilərək məqsədin gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılması olduğu bildirilib. Qeyd edilib ki, bu məqsədlə çövkən-at yarışları təşkil ediləcək.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок