Son Xəbərlər:
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edəcək

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mayın 20-də saat 10:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin info@mlspp.gov.az elektron poçt ünvanı, Qazax, Ağstafa, Tovuz rayonları üzrə (022) 315-71-90, Gədəbəy və Şəmkir rayonları üzrə (022) 305-33-47 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок