Son Xəbərlər:
“Əlilliyi olan vətəndaşların tibbi reabilitasiyası və əmək fəaliyyətlərindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi”  layihəsinin icrasına başlanıldı

“Əlilliyi olan vətəndaşların tibbi reabilitasiyası və əmək fəaliyyətlərindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layihəsinin icrasına başlanıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai birliyi 15.04.2018 – 15.08.2018 tarıxlərində “Əlilliyi olan vətəndaşların tibbi reabilitasiyası və əmək fəaliyyətlərindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layi­hə­sinin icrasına başlanılmışdır.

Layihənin direktoru, “Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müharibə və başqa kateqoriyalı əlillər ildə bir dəfə dövlət büdcəsi hesabına pulsuz tibbi reabilitasiya kursu keçməli və pulsuz putovkalarla müalicəvi sanatoriyalara göndərilərək orada müalicə olunmalıdırlar. Bu məqsədlə dövlət hər il nəzərdə tutullan qədər vəsait ayırır. Amma təəssüflər olsun ki, əlillərin əksəriyyəti demək olar ki,  bir dəfə də olsun ki, pulsuz tibbi-reabilatiyasiya kursu keçməmiş və ptyovka ilə müalicəvi sanatoriyalarda olmamışdır. Çünki əlil vətəndaşların çoxu bilmirlər ki, müalicəvi sanatoriyalarda müalicə olunmaları üçün hara və necə müraciət etsinlər.

Həyata keçirilən layihənin əsas məqsədi “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, əlillərin Tibbi-Sosial Ekspert Komissiyalarına və rayon poliklinikalarında qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicəvi sanatoriyalara getmələri üçün putyovkalar almalarına köməklik göstərərək onların müalicələrini təşkil etməkdən və Əmək və Sosial Müdafiə Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri ilə birgə əməkdaşlıq edərək, əlillərin işlədikləri idarələrdə və başqa əmək müəssisələrində yaranmış problemlərini araşdırmaq üçün manitorinq təşkil edərək, onlara hüquqi yardım göstərmək, əlil vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Layihə, Bakının Sabunçu, Xəzər və Naftalan rayonlarında yerləşən idarə və müəssisələrdə çalışan əlilliyi olan işçilərin işləyib-işləməmələri və Əlillərin Bərpa Mərkəzi, Xəzər rayonunun Şaqan qəsəbəsində Müharibə Əlillərinin Müalicə Sanatoriyasında, Naftalan Müalicə Sanatoriyasında, xəstəxanalarda monitorinq apararaq, əlil vətəndaşların olub-olmamasını müəyyən edərək onların müalicə prosedurlarının monitorinqi aparılacaqdır.

Vətən Müharibəsi Əlillərinə Kömək”
ictimai birliyinin mətbuat xidməti

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок